Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır

22 Noyabr 2026 22:00

Əməkdar artist Elton Hüseynəliyev böyük qızı Məryəmin İngiltərədə yaşadığını açıqlayıb.

Milli.Az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, qızının Londonda təhsil aldığını bildirib:

"Böyük qızım Londonda təhsil alır. Məryəm İngiltərəyə getdi. Beynəlxalq əlaqələri seçdi. Özü seçdi, mən də dəstəklədim. Xanımım Tamilla uşaqların təhsili ilə bağlı çox həssasdır". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)