Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" doğma meydanda "Vidzev"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
22 noyabr
"Rakuv" - "Vidzev" - 3:1
Qollar: Oskar Repka, 17, Boqdan Rakovitsan, 82, Patrik Makux, 89-pen. - Yulyan Şehu, 52
Mahir Emreli matça start heyətində başlayıb və görüşün 77-ci dəqiqəsində əvəzlənib.
Bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran "Rakuv" turnir cədvəlinin 13-cü pilləsinə yüksəlib. "Vidzev" isə 14 xalla 16-cı sıradadır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)