Tikinti aparılan binadan yıxılan şəxs öldü - (Foto)

22 Noyabr 2026 18:10

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib.

Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)