Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

22 Noyabr 2026 17:19

Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 23-ü gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000metrədək məhdudlaşacağı gözlənilir.