Azərbaycanda ən yaşlı universitet müəllimi Məsumə Məlikovanın bu gün 97 yaşı tamam olur.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, 1968-ci ildən Bakı Dövlət Universitetində (BDU) çalışır.
Pedaqoq hazırda BDU-nun Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müdiridir.
Məsumə Məlikova 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilən ilk qadın hüquqşünas alim olub.
O, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Məsumə Məlikova həmçinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)