Bakıda dj-lər Çingiz Mustafayevin şərəfinə yarışdılar

30 Avqust 2012 09:52
Trend-in məlumatına görə, festival Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum gününə həsr edilib.

Gecədə qeyd olunub ki, Çingiz Mustafayev Bakıda ilk musiqi mərkəzi olan "Disko"-nu yaradıb, "Ozan" folklor qrupunda, "Ekspromt" gənclər studiyasında iştirak edib və bu səbəbdən o, Azərbaycanın ilk dj-i adlandırılır.

Festivalda Bakının 11 məşhur dj-i iştirak edib. Gecə 70-ci illərin hitləri ilə açılıb, müasir treklərlə bağlandı.

Qeyd edək ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. O, 1991-ci ildən Azərbaycanın dövlət televiziyasında reportyor kimi fəaliyyətə başlayıb. 1992-ci ilə qədər Çingiz Mustafayev döyüş bölgələrindən operativ xəbərləri çatdırıb. O 1992-ci il iyunun 15-də, Əsgəran rayonunun Naxçıvanik kəndində peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Milli.Az