Şamaxıda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub (Foto)

22 Noyabr 2026 11:20

Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü bütün ədliyyə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

Milli.Az xəbər verir ki, bu münasibətlə Şamaxı şəhərində də"Ədliyyə işçilərinin peşə bayramı" günü münasibətilə tədbir keçirilib. 

Ədliyyə işçilərinin qatıldığı tədbirin iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki parkda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)