Formula-1 üzrə dünya çempionatının 21-ci mərhələsi olan Las-Veqas Qran-Prisi başa çatıb. ABŞ-da keçirilən yarışda ən yaxşı nəticəni "Red Bull" komandasının pilotu Maks Ferstappen göstərib.
Milli.Az xəbər verir ki, niderlandlı sürücü rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. "McLaren"in britaniyalı pilotu Lando Norris ikinci, onun avstraliyalı komanda yoldaşı Oskar Piastri isə üçüncü yerdə qərarlaşıb.
Çempionatın növbəti dayanacağı Qətər olacaq. Noyabrın 27-29-da Lusail avtodromunda keçiriləcək mərhələdə pilotlar yenidən xal uğrunda mübarizə aparacaqlar.
Müəllif: Tural Hüseyn