"İsrail Suriyaya hücum edə bilər"

22 Noyabr 2026 12:47

İsrail ordusu Suriyaya qarşı yeni hərbi əməliyyata başlaya bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin XİN rəhbəri Hakan Fidan "TGRT Haber"in efirində deyib.

O qeyd edib ki, İsrail ordusunun Suriyaya qarşı hərbi əməliyyata başlaması ehtimalı ilə bağlı ABŞ və Avropaya xəbərdarlıq edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)