“Kəpəz” və “Qarabağ” matça şəhid övladları ilə çıxacaq

22 Noyabr 2026 09:14

"Kəpəz" və "Qarabağ" komandalarının futbolçuları sabah Misli Premyer Liqasının XII turu çərçivəsində Gəncə şəhər stadionunda keçiriləcək oyuna şəhid övladları ilə birgə çıxacaqlar.

Milli.Az xəbər verir ki, bu haqda "Kəpəz" klubu məlumat yayıb.

Bununla bağlı "Kəpəz" PFK rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciəti müsbət cavablandırılıb.

"Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəmanlarımızın övladları meydançaya çıxdıqdan sonra həmişə olduğu kimi, oyunu tribunada izləyəcəklər",- məlumatda deyilir.

Onu da əlavə edək ki, bu ideya "Kəpəz" PFK və "Gəncə Park City"nin təşəbbüsü, PFL-in icazəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi sayəsində baş tutacaq".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)