İranda zəlzələ oldu - Naxçıvanda da hiss olunub

22 Noyabr 2026 08:58

İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Hadisə Bakı vaxtı ilə 01:25-də baş verib və zəlzələnin ocağı 7,16 km dərinlikdə yerləşib.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)