Qaşlar üzün görünüşünü tamamlayan estetik detal olmaqla yanaşı, gözlərin qorunmasında da mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, onlar insan orqanizmi üçün bir neçə vacib funksiyanı yerinə yetirir.
Qaşların əsas vəzifələrindən biri alın nahiyəsindən axan tər və yağış suyunun gözlərə düşməsinin qarşısını almaqdır. Qaşların tükləri mayeni kənarlara yönəldərək görmə qabiliyyətinin müvəqqəti zəifləməsinin qarşısını almağa kömək edir.
Bununla yanaşı, qaşlar gözləri toz və digər kiçik hissəciklərdən qismən qoruyur. Onlar həm də mimika və emosiyaların ifadəsində mühüm əhəmiyyət daşıyır. İnsan təəccüb, sevinc, qəzəb və qorxu kimi hisslərini qaşlarının hərəkəti ilə də ifadə edir.
Beləliklə, qaşlar sadəcə üz cizgilərini gözəlləşdirən element deyil, həm də qoruyucu və ünsiyyət funksiyası daşıyan mühüm bədən hissəsidir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)