21 yaşlı türk 80 yaşlı italyan sevgilisinə evlilik təklifi etdi (Video)

22 Noyabr 2026 10:52

21 yaşlı türkiyəli gəncin özündən 59 yaş böyük italyan sevgilisinə etdiyi evlilik təklifi sosial mediada geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, cütlük dəniz sahilində romantik anlar yaşayıb. Gəncin sevgilisinə evlilik təklifi etdiyi həmin anlar ətrafdakıların və sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Aralarındakı yaş fərqi ilə gündəmə gələn cütlüyün görüntüləri internetdə maraqla qarşılanıb, onların münasibəti ətrafında müxtəlif fikirlər səsləndirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)