Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)

21 Noyabr 2026 20:19

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Kamera Musiqisi Axşamı" adlı konsert keçirilib.

Konsertdə Azərbaycan Dövlət Simli Kvarteti- Nəzrin Aslanlı(violin), Xəyalə Abdullayeva (violin), Vaxtanq İmanov (viola) və Aleksey Miltix (violonçel) yer alıblar.

Gecənin proqramında Felix Mendelssohn 6 nömrəli simlikvarteti f-moll, op.80 və Alexander Borodin 1 nömrəli simlikvartet A-dur səsləndirilib.

Klassik musiqi nümunələrinin təqdim olunduğu konsertdinləyicilərə zəngin kamera musiqisi ənənələrini yaxındantanımaq imkanı yaradıb. Musiqi axşamı Azərbaycan DövlətSimli Kvartetinin ifasında dünya klassik musiqi irsinin təbliği vəkamera musiqisi mədəniyyətinin inkişafı baxımındanəhəmiyyətli olub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az