Şəkidə 4 yaşlı qız küçə itlərinin hücumuna məruz qalıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin Sabit Rəhman küçəsində baş verib.
Belə ki, sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəyə hücum edərək bud nahiyəsindən dişləyib.
Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.