“Real Madrid” Kurtua ilə müqavilənin müddətini uzatdı

21 Noyabr 2026 17:25

İspaniyanın "Real Madrid" komandası qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadıb.

Milli.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Belçikalı qolkiper 2028-ci ilin yayınadək "kral klubu"nda çıxış edəcək.