Bakıda Xalq rəssamının oğlunun meyiti tapıldı - (Foto)

21 Noyabr 2026 13:05

Bakının Yasamal rayonunda mənzildən meyit tapılıb.

Milli.Az xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində qeydə alınıb.

66 yaşlı Elşad Cahangir oğlu Rüstəmovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Elşad Rüstəmov mərhum Xalq rəssamı Cahangir Rüstəmovun oğludur. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)