Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı

21 Noyabr 2026 11:55

Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı M. Zöhrabzadə saxlanılıb. Onun üzərindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)