Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?

21 Noyabr 2026 12:13

Həftəsonu istirahətindən sonra özünü daha yorğun hiss etməyin iki əsas səbəbi var.

Milli.Az xəbər verir ki, rusiyalı nevroloq Olqa Butenko Lenta.ru-ya açıqlamasında bu halın əsas səbəblərini açıqlayıb.

Həkimin sözlərinə görə, ilk səbəb həftəsonu yuxu rejiminin pozulmasıdır. Gec yatıb günortaya qədər yatmaq bioloji saatın dəyişməsinə səbəb olur və bazar ertəsi səhər erkən oyanmağı çətinləşdirir.

İkinci səbəb isə həftə ərzində toplanan yorğunluqdur. Mütəxəssis bildirib ki, iki günlük istirahət davamlı yuxusuzluğun təsirlərini aradan qaldırmaq üçün hər zaman kifayət etmir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)