Ukrayna hərbçiləri Xarkov vilayətinin şimalında son üç həftə ərzində genişmiqyaslı əməliyyat həyata keçirib.
Milli.Az xəbər verir ki, UNİAN-ın məlumatına görə, "Ayı tələsi" adlandırılan əməliyyat nəticəsində Ukrayna ordusu 14 yaşayış məntəqəsi və ümumilikdə 204 kvadratkilometr ərazi üzərində nəzarəti bərpa edib.
Bildirilir ki, əməliyyatın məqsədi Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin böyük bir qrupunu mühasirəyə almaq planını pozmaq olub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)