Səməd Həsənov vəfat etdi

21 Noyabr 2026 00:19

Əməkdar müəllim Səməd Həsənov 52 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Səməd Həsənov uzun sürən onkoloji xəstəlikdən sonra həyatını itirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)