Bruno Marsa ağır itki - (Foto)

21 Noyabr 2026 00:13

Dünyaca məşhur amerikalı müğənni Bruno Marsın atası Peter Hernandez 74 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, atası ilə sonuncu dəfə ötən həftə qucaqlaşdığını bildirib:

"Gözlərimdə o, dünyanın ən yaxşı atası idi. Onun üçün hər gün darıxacağam. Səni sevirəm, ata. Orada anamı da mənim üçün öp".

Qeyd edək ki, Peter Hernandez musiqiçi olub. O, Bruno Marsın musiqi karyerasının formalaşmasında mühüm rol oynayıb. Müğənninin anası Bernadette Hernandez isə 2013-cü ildə 55 yaşında vəfat edib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)