İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtua ilə müqavilə müddətinin uzadıldığını açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.
34 yaşlı qolkiperin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, T.Kurtua 2018-ci ildən "Kral klubu"nun formasını geyinir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)