Arda Gülərin yeni maaşı bəlli oldu – Kəskin artdı

20 Noyabr 2026 16:30

"Real Madrid"in türkiyəli futbolçusu Arda Güler yeni müqavilədən sonra daha yüksək məvacib alacaq.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, gənc yarımmüdafiəçinin gələn mövsümdən etibarən klubdakı qazancının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

"Capology" platformasının yaydığı məlumata görə, futbolçunun hazırda 5,21 milyon avro olan illik sabit gəliri 2026/27 mövsümündə 10,42 milyon avroya yüksələcək. Müxtəlif bonuslar da əlavə olunduqda Arda Gülərin bir mövsümlük qazancı 13,2 milyon avroya çatacaq.

Qeyd edək ki, 2025/26 mövsümündə "Real Madrid"in heyətində 14 oyuna çıxan Arda 4 dəfə rəqib qapılarına yol tapıb, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvünün bazar dəyəri isə 100 milyon avro göstərilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)