Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, müğənni müsahibəsi zamanı ona edilən evlilik təkliflərindən və yenidən ailə qurmaq ehtimalından danışıb.
Sənətçi qızlarının onun ailə həyatı qurmasını çox istədiyini bildirib. Məmmədova ciddi münasibət düşünən şəxslərin olduğunu, hətta onlardan bəzilərinə fürsət verməyə çalışdığını da etiraf edib.
Müğənninin sözlərinə görə, gənclik illərində sevgi əsas amil olsa da, indiki yaş dövründə münasibətlərə yanaşması dəyişib. O, hazırda qarşılıqlı hörmət, simpatiya və etibarı daha vacib hesab etdiyini vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)