"Azərbaycan beynəlxalq humanitar hüququn inkişafı və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edib".
Bunu Milli.Az-a açıqlamasında Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Bakıda keçirilən forum çərçivəsində irəli sürülən təşəbbüs nəticəsində itkin düşmüş şəxslərlə bağlı məsələlər BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədlərində əksini tapıb.
Hikmət Babaoğlu hesab edir ki, Ermənistan bu mövzuda tədbirlər keçirmək əvəzinə, ilk növbədə real addımlar atmalıdır.
O bildirib ki, Azərbaycanın taleyi hələ də məlum olmayan vətəndaşları ilə bağlı Ermənistan rəsmi Bakıya məlumat verməlidir.
Deputat vurğulayıb ki, yalnız bundan sonra Ermənistanda keçiriləcək belə tədbirlərin həqiqətən humanitar məqsəd daşıdığına və səmərə verəcəyinə inanmaq mümkün olacaq.
Qeyd edək ki, 2026-cı il noyabrın 19-20-də İrəvanda "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilir. Ermənistanın Təhlükəsizlik Şurası Aparatının, Xarici İşlər Nazirliyinin və Qırmızı Xaç Cəmiyyətinin iştirakı ilə təşkil olunan tədbirdə ölkənin baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, ailələrin məlumat almaq hüququ və humanitar əməkdaşlığın vacibliyindən danışırlar.
Müəllif: Mina Mikayılova