Rusiyanın Ukraynaya atdığı ballistik raketlərdən biri sərhədi keçərək Polşa ərazisinə düşüb.
Milli.Az xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış hadisəni təsdiqləyib.
Məlumata görə, raket Ukrayna sərhədindən təxminən 45-60 kilometr məsafədə yerə düşüb. Hadisə nəticəsində ərazidə krater əmələ gəlib. Ölən və xəsarət alan olmayıb.
Nazir əlavə olaraq daha iki ərazidə şübhəli uçan obyektlərin aşkarlandığını bildirib. İlkin ehtimallara görə, onlardan biri raket, digəri isə reaktiv mühərriklə təchiz olunmuş pilotsuz uçuş aparatı ola bilər.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)