Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)

20 Noyabr 2026 14:59

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar" layihəsi çərçivəsində konsert keçirilib.

Konsertdə baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Gecənin solistləri pianoçular Fərid Hüseynov və Əli Vəliyev olub.

Konsert proqramında L.v.Beethoven piano və orkestr üçün 1 nömrəli C-dur, op.15 konserti və F.Liszt piano və orkestr üçün 1 nömrəli Es-dur konserti təqdim olunub.

"Yeni adlar" layihəsi çərçivəsində təşkil olunan konsert gənc ifaçıların yaradıcılıq potensialının nümayiş etdirilməsi, onların peşəkar səhnədə tanıdılması və Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfə verilməsi baxımından əhəmiyyət kəsb edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az