Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır

20 Noyabr 2026 13:51

Ermənistanda yeni Konstitusiyanın hazırlanması istiqamətində işlər davam edir. Sənədin ilkin layihəsinin noyabrın 23-də ictimaiyyətə təqdim olunması gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan məlumat verib. O, layihənin dərcindən sonra vətəndaşlara müraciət edəcəyini də bildirib.

Beləliklə, bazar ertəsi Ermənistanın yeni Konstitusiya layihəsinin məzmunu ilə bağlı ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)