Marin Le Penin rəhbərlik etdiyi sağçı Milli Birlik Partiyasının Parisdə yerləşən qərargahında axtarış aparılıb.
Milli.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata əsasən, axtarış Paris prokurorluğunun bu il iyulun 27-də başlatdığı istintaq çərçivəsində həyata keçirilib.
Bildirilib ki, şübhəli şəxslər arasında Fransa Daxili İşlər Nazirliyinin əməkdaşı da var. Onun məxfi məlumatları partiya nümayəndələrinə ötürmüş ola biləcəyi ehtimal edilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)