Madrid "Real"ı heyətini gücləndirmək üçün keçmiş futbolçusu Niko Pasın transferini gündəmə gətirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İspaniya klubu hazırda İtaliyanın "Komo" komandasında çıxış edən yarımmüdafiəçini növbəti yay yenidən öz sıralarına qatmaq istəyir.
Məlumata görə, "Kral klubu" 22 yaşlı futbolçunun qayıdışı üçün 80 milyon avro ödəməyi planlaşdırır.
Xatırladaq ki, Niko Pasın transfer hüquqları ötən yay "Komo"ya keçib. İtaliya təmsilçisi bundan əvvəl argentinalı oyunçunu 6 milyon avroya icarəyə götürmüş, daha sonra isə onun transferini 60 milyon avro qarşılığında rəsmiləşdirmişdi.
Gənc yarımmüdafiəçi cari mövsümdə A Seriyası və UEFA Çempionlar Liqasında ümumilikdə 14 matçda iştirak edib. O, bu görüşlərdə 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Leo Messinin anası oğlunun davamçısı kimi Niko Pası gördüyünü açıqlamışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)