Vyetnamın paytaxtı Hanoyun küçələri Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə əlaqədar Azərbaycanın dövlət bayraqları ilə bəzədilib.
Milli.Az xəbər verir ki, bu barədə görüntülər paylaşılıb.
Qeyd edək ki, Azərbaycan ilə Vyetnam arasında iqtisadi əlaqələr inkişaf etməkdə davam edir və qarşıdakı danışıqlar ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə həsr olunacaq.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)