Azərbaycan nefti bahalaşdı

20 Noyabr 2026 10:14

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,79 ABŞ dolları və ya 0,81% bahalaşaraq 98,41 ABŞ dollarına enib.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,37 dollar və ya 0,39% bahalaşaraq 94,02 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,94 dollar və ya 1,38% artaraq 68,87 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,76 dollar və ya 0,82% artaraq 92,87 dollar/barel təşkil edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)