Gürcüstanda matəm elan olundu

20 Noyabr 2026 11:15

Xəbər verdiyimiz kimi, Tbilisidə ötən gün yaşayış binasında partlayış nəticəsində 6 nəfərin həyatını itirməsi ilə bağlı noyabrın 22-si Gürcüstanda matəm günü elan edilib.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, matəm günündə həlak olanların xatirəsini anmaq məqsədilə Gürcüstan ərazisində dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, hadisə zamanı 4 nəfər xəsarət alıb. Dağıntılar altında qalan 7 nəfərdən yalnız biri - üç yaşlı uşaq sağ çıxarılıb. Ölənlərin 3-ü qadın, 1-i kişi, 2-si isə uşaqdır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)