Rusiya ordusu noyabrın 20-nə keçən gecə Ukraynaya pilotsuz uçuş aparatları və raketlərlə genişmiqyaslı hücum həyata keçirib. Zərbələr nəticəsində Kiyevdə 3 nəfər ölüb, çox sayda insan yaralanıb.
Milli.Az xəbər verir ki, Kiyev meri Vitali Kliçko hücum zamanı həlak olanların "Kiyevvodokanal"ın əməkdaşları olduğunu açıqlayıb.
Onun sözlərinə görə, paytaxtda ümumilikdə 15 nəfərə yaxın şəxs xəsarət alıb.
Hücum nəticəsində Kiyevin bir neçə rayonunda yaşayış və qeyri-yaşayış binalarında yanğınlar baş verib. Bundan başqa, infrastruktur obyektlərindən biri və körpülərdən birinin yaxınlığındakı açıq ərazi də zərbələrə məruz qalıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)