Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə noyabrın 19-da saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı hasara çırpıb.
Qəza nəticəsində avtomobildə olan 35 yaşlı Vasif İsmayılov hadisə yerində həyatını itirib. Həmin yaşda olan Nurlan Cəbrayılov isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)