Karles Puyola vəzifə verildi

20 Noyabr 2026 10:00

"Barselona"nın və İspaniya millisinin keçmiş kapitanı Karles Puyol karyerasında yeni mərhələyə qədəm qoyub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi müdafiəçi Andorranın "İnter Eskaldes" klubunda beynəlxalq futbol və əlaqələr üzrə direktor postunu tutub.

Bu barədə komandanın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. Klub Puyolun komandaya qoşulmasını inkişaf baxımından mühüm addım kimi qiymətləndirib və onun təyinatının institusional fəaliyyətə yeni imkanlar qazandıracağını bildirib.

Xatırladaq ki, 48 yaşlı Karles Puyol 2014-cü ildə futbolçu karyerasını bitirib. O, peşəkar səviyyədə yalnız "Barselona"nın formasını geyinib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)