Türkiyə teleməkanında yayımlanan "Haysiyet" serialının gələcəyi ilə bağlı qərar verilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tamaşaçıların izlədiyi ekran işi 43-cü bölümü ilə yayımını başa vuracaq.
"Kanal D" kanalında nümayiş olunan layihənin finala hazırlaşdığı bildirilir.
Xatırladaq ki, serialda baş qəhrəmanları Kerem Alışık, Doğukan Güngör və Merih Öztürk canlandırır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)