Bərdə kəndlərində sürətli internet olacaq

30 Avqust 2012 09:56
Milli.Az El TV-yə istinadən xəbər verir ki, Bərdə kəndləri sürətli internetlə təmin edilir.

Hazırda ölkə əhalisinin böyük bir hissəsi informasiya texnologiyalarından geniş şəkildə istifadə edir. Artıq internet vətəndaşlarımızın gündəlik həyatının tərkib hissəsinə çevrilib. Bu da öz növbəsində istifadəçilərin sayının artmasına gətirib çıxarır. Nəinki rayon mərkəzləri, hətta kəndlər də elektron telefon stansiyaları ilə təmin olunmalıdır. Dövlətimiz də bunu nəzərə alaraq müvafiq proqramlar çərçivəsində ucqar kənlərdə yaşayanların internetə
çıxışını təmin etmək üçün vacib addımlar atıb.

Bərdə Telekommunikasiya Qovşağının baş mühəndisi Yunis Məmmədov bildirib ki, ötən bir il ərzində Bərdə rayonunun 15 kəndinə genişzolaqlı sürətli internet xətti çəkilib. Kəndlərə genişzolaqlı internetin verilməsini təmin etmək məqsədilə iş prosesində fibrooptik kabellərdən istifadə edilib. Çünki bu kabellərdən istifadə etmək istənilən havada davamlı internet üçün şərait yaradır.

Milli.Az