Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib - (Foto)

20 Noyabr 2026 08:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.

Milli.Az bu barədə Trend-ə istinadən məlumat verir.

Məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.