Türkiyəli aktrisa Gökçe Bahadırın hamiləlik görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı sənətçinin ana olmağa hazırlaşması ilə bağlı paylaşım izləyicilər arasında fərqli reaksiyalar doğurub.
İstifadəçilərdən biri aktrisanın yaşını əsas gətirərək bu qərarı tənqid edib. O, uşağın 18 yaşı tamam olanda anasının 63 yaşında olacağını vurğulayıb.
Lakin bu fikirlər sosial mediada birmənalı qarşılanmayıb. Bir çox qadın istifadəçi yaşa görə ana olmağı mühakimə etməyin düzgün olmadığını bildirərək tənqidə etiraz edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)