Türkiyəli iş adamı Acun Ilıcalı ailəsi ilə yeni fotosunu yayımlayıb.
Milli.Az xəbər verir ki, ailə Acunun nəvəsi Elanın 1 yaşı tamam olması münasibəti lə bir araya toplaşıb.
O, nəvəsinin doğum günündən görüntüləri paylaşaraq "Elamız ilk yaşını tamamladı. Xeyirli, uğurlu olsun" deyə, yazıb.
Xatırladaq ki, Ela Acunun böyük qızı Banu Ilıcalı ilə Efe Ceyhunun ikinci övladıdır. Cütlüyün ilk qızları Begüm 2020-ci ildə dünyaya gəlib.
Qeyd edək ki, bir müddət əvvəl Acunun 5-ci övladının olacağı ilə bağlı iddia yayılıb. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)