Aşpazların tövsiyə etdiyi fərqli üsula görə, sobada bişirilən kartofun xarici qatının yaxşı qızarması və xırtıldaması üçün yağ əvəzinə yumurta ağından istifadə olunur. Bu üsulda daha tez bişməsi üçün xırda (körpə) kartoflara üstünlük verilməsi məsləhət görülür.
Milli.Az hazırlanma qaydasını təqdim edir:
Yumurta ağı maye hissəsi qalmayana qədər (beze) yaxşıca çırpılır, kartoflar bu qarışığa tam batırılır, üzərinə duz, qara istiot və istəyə görə digər ədviyyatlar əlavə edilir. Kartoflar 200 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirilir; iri kartoflar istifadə edildikdə isə bişmə vaxtı bir qədər uzanır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)