1991-ci ildə Böyük Britaniyadakı Kembric Universitetinin kompüter laboratoriyasının tədqiqatçıları bir neçə mərtəbə aşağıdakı qəhvə aparatının dəmliyini boş tapmaqdan xilas olmaq üçün qarşısına kiçik kamera quraşdırıb və görüntünü bina daxilindəki şəbəkəyə ötürüblər.
Milli.Az xəbər verir ki, bu sistem sayəsində alimlər iş masalarından ayrılmadan qəhvənin qalıb-qalmadığını canlı izləyib və mərtəbələr arasında əbəs yerə düşüb-qalxmaların qarşısını alıblar.
Əvvəlcə yalnız yerli şəbəkədə işləyən bu qurğu 1993-cü ildə internetə qoşulub. Dünyada milyonlarla insanın canlı izlədiyi bu yayım tarixdə ilk veb-kamera kimi qeydə alınıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)