“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər” - Simonyan

19 Noyabr 2026 23:28

"Ermənistan Konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi kimi təqdim olunan Alen Simonyan İctimai Televiziyaya müsahibəsində bildirib.

"Mən Azərbaycanla danışıqlarda iştirak edirəm və düşünürəm ki, Konstitusiyaya dəyişiklik ediləcəyi təqdirdə müqavilənin imzalanması bir neçə günün məsələsidir", - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini şərt kimi irəli sürür. Ermənistanda isə konstitusiya dəyişikliklərinin və ya referendumun təşəbbüsünün irəli sürülməsi üçün parlamentdə səslərin 2/3-nin dəstəyi tələb olunur. İyunun 7-də keçirilən parlament seçkilərində 49,81 faiz səs toplayan hakim "Vətəndaş Müqaviləsi" Partiyası isə bunun üçün zəruri olan konstitusiya çoxluğunu əldə edə bilməyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)