Gürcüstanın paytaxtı Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında partlayış baş verib, nəticədə binanın bir hissəsi dağılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstanın Birinci Kanalının məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində beşmərtəbəli binada qeydə alınıb.
İlkin məlumatlara əsasən, partlayışa məişət qazı ilə işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir.
Dağıntılar altında qalaraq həyatını itirənlərin sayı 4-ə çatıb.
Hazırda daha 2 nəfərin axtarışları aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)