Ermənistanda dövlət qulluqçuları 2027-ci il yanvarın 1-dən sosial paket ala bilməyəcəklər.
Milli.Az xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.
Bildirilib ki, bununla bağlı "Dövlət vəzifələrini tutan şəxslərin əməkhaqqı haqqında" qanuna dəyişikliklər layihəsi hökumətin cümə axşamı keçirilən iclasında təsdiqlənib.
Layihənin parlamentə təqdim edilməsi nəzərdə tutulur.
Dövlət qulluqçuları üçün sosial paket proqramı 2012-2013-cü illərdə tətbiq edilib. Proqram çərçivəsində hər bir əməkdaşa ildə 72 min dram (hazırkı məzənnə ilə təxminən 200 dollar) ayrılıb. Bu vəsait tibbi sığorta, təhsil haqqı və Ermənistanda istirahət xərclərinin ödənilməsinə, o cümlədən ailə üzvlərinin ehtiyaclarına yönəldilə bilirdi.
Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov