Baqrat Qalstanyanın ev dustaqlığı uzadıldı

19 Noyabr 2026 16:33

Ermənistanda "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın ev dustaqlığı daha 3 ay müddətinə uzadılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Sputnik-Armenia" məlumat yayıb.

Bildirilib ki, müvafiq qərarı hakim Karen Farxoyan qəbul edib.

Baqrat Qalstanyan 2025-ci il iyunun 25-dən 26-na keçən gecə həbs edilib. Ermənistan İstintaq Komitəsinin iddiasına görə, "Müqəddəs mübarizə" hərəkatının lideri və üzvləri ölkədə terror aktları törətməyi, eləcə də hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlər həyata keçirməyi planlaşdırıblar.

2026-cı il iyunun 4-də Qalstanyanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Milli.Az saytının baş redaktor müavini Fərid Zöhrabov