Müğənni Rəvan Qarayevin həyat yoldaşı Səbinə Nurəliyeva sosial şəbəkədəki paylaşımı ilə izləyicilərin diqqətini çəkib.
Milli.Az xəbər verir ki, o, həyat yoldaşı ilə birlikdə çəkilmiş fotosunu yayımlayaraq münasibətlərinin başladığı ilk günlərdən maraqlı bir xatirəni bölüşüb. Səbinə tanışlıqları zamanı aralarında yaşanan dialoqu da izləyicilərə çatdırıb:
"Ayağınız narahatdırsa, məndən tuta bilərsiniz... Sağ olun, özüm gedirəm. Yıxılsam, tutaram...
İlk gün aramızda keçən dialoq...
Sevdiklərinizin əlindən möhkəm tutun. Çünki insanın əlindən tutmaq üçün yıxılmağı gözləmək lazım deyil".
Səbinənin romantik sözləri sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)