Amerikalı aktyor Larri Poyndekster 66 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, aktyor noyabrın 14-də ABŞ-nin Kaliforniya ştatında yolu keçərkən avtomobil tərəfindən vurulub. Hadisə zamanı ərzaq almaq üçün evdən çıxdığı bildirilən Poyndekster aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qabırğalarındakı sınıqlar səbəbindən əməliyyat olunması planlaşdırılan aktyor noyabrın 18-də dünyasını dəyişib.
Qeyd edək ki, Larri Poyndekster 40 ildən artıq davam edən aktyorluq karyerası ərzində 200-ə yaxın ekran işində rol alıb.
O, "Gərgin əməliyyatlar" ("S.W.A.T.") filmində kapitan Tom Fuller, "Həyatımızın günləri" ("Days of Our Lives") serialında isə Ben Uelç və keşiş Lui obrazları ilə tanınıb.
Aktyor, həmçinin "Ümumi xəstəxana" ("General Hospital"), "Santa Barbara", "Dostlar" ("Friends") və "Hərbi hüquq" ("JAG") seriallarında da çəkilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)